EN

“Zirə” “Neftçi”nin stadionunda oynayacaq

Avrokubokda iştirak edəcək klubların ev oyunlarını keçirəcəyi stadionlar bəllidi.

“Qarabağ”la “Sabah”ın ev oyunlarını keçirəcəyi stadionla bağlı problem yoxdu, yəni ağdamlılar Tofiq Bəhrəmov adına Respublika stadionubda, bakılılar isə “Bank Respublika Arena”da oynayacaq. Ancaq “Zirə” və “Araz-Naxçıvan” ilə bağlı suala cavab tapılmamışdı.

“Football-plus.az” hər iki klubun mətbuat xidməti ilə əlaqə saxlayıb. Bəlli olub ki, “Araz-Naxçıvan” “doğma” “Liv Bona Dea Arena”da oynayacaqsa, “Zirə” ev oyunlarını “Neftçi Arena”da keçirəcək.

MÜZƏFFƏR QULUZADƏ

1Sources