EN

Şirkətlər hansı halda cərimələnə bilər?

Bakı. Trend:

Şirkətlərin fəaliyyəti yalnız bazar göstəriciləri və maliyyənəticələri ilə deyil, həm də qanunvericiliyə uyğunluq səviyyəsi iləölçülür. Hüquqi və normativ çərçivəyə əməl olunmaması hallarındaisə şirkətlər cərimələr, inzibati məsuliyyət və hətta fəaliyyətindayandırılması kimi ciddi nəticələrlə qarşılaşa bilərlər. Bu yazıdaşirkətlərin hansı hallarda cərimələnə biləcəyini təqdim edirik.

  • Vergi qanunvericiliyinin pozulması

Vergi qanunvericiliyinin pozulması bütün tərəflər– həm vergi orqanları, həm vergi ödəyiciləri üçün və ənəsası da dövlət maraqları üçün arzuolunmazdır. Vergi hesabatlarınınvaxtında təqdim olunmaması, vergi borclarının, rəsmi hesabatlardasaxtakarlıq hallarına görə şirkətlər ciddi maliyyə cəzalari iləqarşılaşa bilər.

  • Əmək hüquqlarının pozulması

Əmək Məcəlləsinin tələblərinə əməl etməyən şirkətlər də inzibatiməsuliyyət daşıyırlar. İşçilərlə əmək müqaviləsinin bağlanmaması,iş vaxtının düzgün tənzimlənməməsi, əmək təhlükəsizliyi qaydalarınariayət olunmaması və məzuniyyət hüquqlarının pozulması hallarıcərimələrə səbəb ola bilər. İş yerlərində təhlükəsizlikqaydalarının və texniki normaların gözlənilməməsi – xüsusiləistehsalat sahələrində – həm işçinin sağlamlığını riskə atır, həmdə müəssisəni məsuliyyətə cəlb edir

  • Lisenziya və icazə olmadan fəaliyyət

Müvafiq sahə üzrə lisenziya və ya icazə olmadan göstərilənxidmətlər qanun pozuntusu hesab olunur. Bankçılıq, sığorta, təhsil,səhiyyə və nəqliyyat kimi sahələrdə bu hallar xüsusilə ciddinəzarət altındadır və icazəsiz fəaliyyətə görə yüksək cərimələrtətbiq olunur. Əgər bir şirkət lisenziyasız fəaliyyət göstərərsə,bu hal qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilər.

  • İstehlakçı hüquqlarının pozulması

İstehlakçının məlumatlandırma hüququnun pozulması, yanlış və yaaldatıcı reklamların yayımlanması, keyfiyyətsiz məhsul vəxidmətlərin təqdim olunması kimi hallar şirkətləri həm dövlətorqanlarının, həm də məhkəmələrin qarşısında məsuliyyətə cəlb edəbilər. Bu xüsusilə pərakəndə satış, xidmət sektoru və elektronticarət sahələrində aktualdır.

  • İcbari Həyat Sığortası üzrə öhdəliklərin yerinəyetirilməməsi

İcbari həyat sığortası istehsalatda bədbəxt hadisələr və ya peşəxəstəlikləri nəticəsində əlilliyə görə işini davam etdirə bilməyənişçilərin maddi müdafiəsini təmin edir. Sığortanın bu növüicbaridir, yəni qanunvericiliyin tələbinə əsasən bütün hüquqişəxslər bu məhsulu əldə etməlidirlər. Nəzərdə tutulan sığortaolmadıqda, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğunolaraq hüquqi şəxslər 5000 AZN, vəzifəli şəxslər 1500 AZN, fizikişəxslər isə 500 AZN məbləğində cərimələr olunur.

PAŞA Həyat Sığorta İcbari Həyat Sığortasıistiqamətdə işəgötürənlər üçün etibarlı tərəfdaş kimi çıxış edir.Şirkət yüzlərlə dövlət və özəl müəssisəyə icbari qəzanəticəsində həyat sığortası xidmətlərini təqdim edərək həmişçilərin təhlükəsizliyini təmin edir, həm də müəssisələrinqanunvericiliyə uyğun fəaliyyətini asanlaşdırır.

Daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta”ASC-nin çağrı mərkəzinə (942) müraciət edəbilərsiniz.

Chosen
14
38
az.trend.az

10Sources