EN

Cennifer Lopez bu ölkədə aləmi bir-birinə qatdı: Avrokubok oyununun yeri dəyişdirildi

Məşhur amerikalı müğənni Cennifer Lopezin avqustun 1-ə planlaşdırılan Astanadakı konserti səbəbindən UEFA Konfrans Liqasının "Astana" – "Zimbru" qarşılaşması Qazaxıstandan Moldovaya keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun baş məşqçisi Qriqori Babayan məlumat verib.

"Zimbru" ilə oyunların yerini dəyişmək barədə danışıqlar aparırıq. İlk oyunu öz meydanımızda, azarkeşlərimizin önündə keçirmək, cavab görüşünü isə Kişinyovda oynamaq istəyirik. İyulun sonlarında "Astana Arena"da oynamaq imkanımız yoxdur və bu, təqvimdə nəzərə alınmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, "Zimbru" artıq "Astana"nın bu təklifini qəbul edib. Hazırda hər iki klub UEFA-nın yekun qərarını gözləyir.

Chosen
12
publika.az

1Sources