Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail- İran müharibəsi bütün dünyanın narahatlıqla izlədiyi böhrana çevrildiyi bir vaxtda Şimali Koreya lideri Kim Çen In Tehran administrasiyasını açıq şəkildə dəstəkləyib. Kim, " İranın ehtiyacı olarsa, lazımi dəstəyi verəcəyik" ifadəsi ilə yeni geosiyasi tarazlığa işarə etdi. Yaxın Şərqdə gərginlik artmaqda davam edərkən, Asiyadan gələn bu bəyanat beynəlxalq ictimaiyyətə geniş təsir göstərib. Şimali Koreya lideri Kim Çen Inın İrana qeyd-şərtsiz dəstəyi barədə açıqlaması Tehran cəbhəsinə hərbi yardımın mümkünlüyünü də gündəmə gətirib. Kimin bu sözlərindən sonra bütün gözlər Şimali Koreyanın “mütləq üstünlük simvolu” kimi təsvir etdiyi “Hwasong-16B” raketinə çevrilib. Son aylarda raketin sınaq buraxılışına şəxsən nəzarət edən Kim Çen In "Hwasong-16B"ni "müdafiə texnologiyasının zirvəsi" kimi xarakterizə edib. Hərbi mənbələrə görə, bu ballistik raketin İrana göndərilməsi haqqındakı iddialar ciddi şəkildə dəyərləndirilərkən, mümkün raket daşınmasının Yaxın Şərqdəki balansları daha da çətinləşdirəcəyinə dair şərhlər var.