EN

İranda qaçaqmalçılıq və “Mossad” bazaları: İraq və Əfqanıstan yolları

“Mossad”ın İranda fəaliyyətinin miqyası çox böyük olub. 

Yayılan xəbərlərə görə, İsrail tərəfi bu fəaliyyətlə nəinki son dərəcə məxfi məlumatlar əldə edib, eyni zamanda ildırımsürətli hücum üçün İran ərazisində həm silahlar yerləşdirib, həm də istehsal bazaları yaradıb.

Xatırladaq ki, İran özü də rəsmən bunu etiraf edib. Artıq bir nəfərin casusluğa görə edam edildiyi ilə bağlı İran mediasında məlumatlar yayılıb. O cümlədən Rey şəhərində dron istehsal edən sexin aşkarlandığı, İsrailə məxsus dronların daşındığı maşınlar saxlanılıb. 

"BBC NEWS Rusca"da yayılan məlumata görə, İsrail tərəfi bunun üçün uzun zaman hazırlaşıb. Bu zaman İsrailin köməyinə isə yerli agentlər şəbəkəsi çatıb. Kommersiya məqsədili yük daşımaları adı altında İsrail İraq ərazisindən xeyli silah-sursat keçirməyi bacarıb. 

Bununla yanaşı, ayrı-ayrı şəxslərin sərnişin baqajına daxil olan mürəkkəb qaçaqmalçılıq üsullarından da istifadə edilib. Daşınan yüklərin həcmi o qədər böyük olub ki, hətta tədricən İrana pilotsuz təyyarələr və raket komponentləri də keçirməyə nail olunub.

Qaçaqmal yolu ilə gətirilən komponentlər sırasında müxtəlif elektron qoruyucular, qabaqcıl texnologiyaya məxsus optik kameralar, litium batareyaları, GPS yönləndirmə sistemləri və s. olub.

Qeyd edək ki, İran, İraq, Əfqanıstan və Pakistan arasında qaçaqmalçılıq yolu ilə yüklərin daşınması ciddi problem olaraq qalır. Rüşvət verməklə qonşu ölkələrdən İrana və ya İrandan xarici ölkələrə gömrük nəzarətindən kənar  müxtəlif mallar daşımaq mümkündür. Belə yüklər avtomobillə, yüksək dağlıq ərazilərdə isə heyvanlardan istifadə etməklə daşınır. 

Görünür, İsrail xüsusi xidmət orqanları da bu boşluqdan faydalana bilib. Aparılan araşdırmalar göstərir ki, sərhəddə qaçaqmalçılıq hallarının baş verməsinə İran hakimiyyəti özü də göz yumur. Buna səbəb sanksiyalar altında olan İran rejiminin qeyri-leqal yollarla gəlir əldə etmək istəyidir. 

Bəzi məlumatlara görə, eyni üsul Əfqanıstan vasitəsi ilə də həyata keçirilib.

“Cebheinfo.az”

Chosen
7
26
cebheinfo.az

10Sources