İranın ali dini lideri Əli Xamneyinin müşaviri Əli Şamxani bildirib ki, o, İsrailin zərbələri nəticəsində həlak olmayıb və hazırda xəstəxanada müalicə olunur.
Bu barədə İranın “Mehr” xəbər agentliyi bildirir. Müşavirin vəziyyəti stabil qiymətləndirilir. Əli Şamxani İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparan nümayəndə heyətinin tərkibində olub.
//Samir Qurbanov, Editor.az