EN

Azərbaycan klubunda yeni transferlə bağlı hər kəsi məyus edən PROBLEM

"Araz-Naxçıvan"ın yay hazırlıq dövründə müqavilə bağladığı Bar Kohen hələ də yeni komandasının düşərgəsinə qoşula bilmir.

İsrailli yarımmüdafiəçinin gəlişinə mane olan səbəb vətənində davam edən müharibədir.

Hərbi əməliyyatlar üzündən bütün uçuşlar təxirə salınıb.

Muxtar respublika təmsilçisi bu vəziyyəti səssiz izləmir.

Klub rəhbərliyi 24 yaşlı legionerin məşqlərə qoşulması üçün mümkün olan əlaqələri işə salıb.

Onun quru yolu ilə qonşu dövlətlərə keçib, ardınca ölkəmizə gəlməsi variantı da gözdən keçirilib.

Amma hələ də bir nəticə hasil olmayıb.

Belədə digər bir problem ortaya çıxıb.

Ki, müharibə səbəbindən ümumiyyətlə gənclərin İsraili tərk etməsinə məhdudiyyət qoyulub.

Çarəsiz duruma düşən "Araz" tərəfi vəziyyətin mümkün qədər erkən düzəlməsinə ümid edir.

Bar Kohen ilk dəfə legioner həyatı yaşayacaqdı.

O, əvvəllər “Makkabi" (Təl-Əviv), “Beytar" (Təl-Əviv), “Hapoel" (Hayfa), “Makkabi" (Netaniya) klublarında çıxış edib. Kohenlə iyunun 12-də 1 illik müqavilə bağlanılıb.

Ən geci 1 həftə içində Bakıda olması ehtimal edilirdi.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Araz Naxçıvan"ın 5 gündü məşqlərə start verdiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources