EN

Ronaldo və Corcinadan uşaqları ilə bağlı önəmli qərar: Bundan sonra...

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo və həyat yoldaşı Corcina Rodriges uşaqları ilə bağlı sosial şəbəkələrdə yeni qərar veriblər.

Publika.az xəbər verir ki, bundan sonra övladlarının üzlərini ictimai paylaşımlarda göstərməyəcəklər. Bu addım təkcə şou-biznes gündəmini deyil, həm də rəqəmsal məxfiliyin qorunması və uşaqların təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Son vaxtlar Rodrigesin “Instagram” hesabında etdiyi paylaşımlarda uşaqlarının üzlərinin ürək emojiləri ilə gizlədildiyi görünür. Əvvəllər tez-tez övladları ilə fotolar paylaşan cütlük bu vərdişdən tamamilə imtina etməyə qərar verib. Bu dəyişikliyin əsas səbəbi isə təhlükəsizlik narahatlıqları və sosial mediada artan təhdidlərdir.

Portuqaliya mediasında yayılan məlumata görə, Ronaldo ailəsi son aylarda bir sıra rəqəmsal təhdidlərlə üzləşib. Bu səbəbdən onların yaşadığı evin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, təhlükəsizlik heyətinin sayı artırılıb. Ailənin məxfiliyinə daha çox önəm verilir və uşaqların gündəlik həyatına dair görüntülərin ictimaiyyətlə paylaşılmasına nəzarət edilir. Corcinanın yaxın çevrəsinə "artıq bizim üçün əsas məsələ onların təhlükəsizliyidir" dediyi bildirilir.

Ronaldo ailəsinin böyük oğlu Kriştiano Junior isə ictimaiyyət qarşısında görünməyə davam edəcək. O, artıq futbol dünyasında tanınmağa başladığı üçün turnirlərdə və digər açıq tədbirlərdə iştirak edir.

Chosen
11
publika.az

1Sources