EN

Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto

Satvropol vilayətində şəxsi münaqişə zəminində azərbaycanlı bıçaqlanıb.

XəzərNews.az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan şəxs Lənkəran şəhər sakini Axundzadə Murad Alim oğludur.

Məlumata görə, Rusiya vətəndaşı olan Oleq adlı şəxslə yeyib içən Murad Axundzadə sonradan aralarında yaranan münaqişə nəticəsində vurulub.

Stavropol vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev faktı XəzərNews.az-a təsdiqləyib.

F.Yarıyev bildirib ki, soydaşımızın səhhəti normaldır və hazırda xəstəxana şəraitində müalicə olunur:

"M.Axundzadəyə hüquqi yardım göstəriləcək",- deyə F.Yarıyev əlavə edib.



Xəbər 5 dəfə oxunub.
Chosen
6
xezernews.az

1Sources