EN

“Neftçi” təlim-məşq toplanışı üçün Polşaya gedəcək

“Neftçi” komandasının yay hazırlıq planı bəlli olub.

“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, “ağ-qaralar” təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıdakı “Neftçi” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. Komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Chosen
93
50
ikisahil.az

10Sources