EN

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.

Azreform.info -ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Allahverdi Rəsulov üzərində olan narkotik bükümlərini udaraq sübutları gizlətməyə cəhd edib.

31 yaşlı şəxs halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb. Zəhərlənən şübhəli göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyunun 20-də ölüb.

Qeyd edək ki, A.Rəsulov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunubmuş və narkotik aludəçisi imiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
19
azreform.info

10Sources