EN

Bakıda seyfdən 15 minlik oğurluq edən gənc qadın TUTULDU

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq olub.

Daxili İşlər Nazirliyindən Ölkə.az-a verilən məlumata görə, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı E.Qəhramanov da saxlanılıb.

Araşdırma aparılır.

Chosen
11
20
olke.az

10Sources