Rusiya-Ukrayna münaqişəsində vəziyyət gərgin olaraq qalır. Gecədə ən azı 10 pilotsuz təyyarə Odessa vilayətinə hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki , bu barədə BBC rus xidməti məlumat yayıb.
Bildirilir ki, 23 mərtəbəli binaya, biri tamamilə dağılmış daha bir neçə yaşayış binasına, yardımçı binalara, təhsil müəssisəsinə, mağazalara, nəqliyyat vasitələrinə ziyan dəyib.
Ukrayna ordusu ölkəyə doğru atılan ümumilikdə 86 hücum pilotsuz təyyarəsini qeydə alıb. Onlardan 70-i məhv edilib.
Öz növbəsində, iyunun 20-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi axşam və gecə saatlarında Rusiyanın 9 regionunda 61 Ukrayna pilotsuz uçan aparatının vurulduğunu bildirib. Nazirlik atışların nəticələri barədə heç bir məlumat verməyib.
Rusiya Hərbi Departamenti həmçinin, növbətçi hava hücumundan müdafiə qüvvələrinin Moskva vilayəti səmasında təyyarə tipli pilotsuz təyyarəni məhv etdiyini bildirib.