EN

Daha bir itkin şəhidin qalıqları torpağa tapşırılıb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az APA-ya istinadən xəbər verir ki, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhidin qalıqları Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb. Ələsgərov Fuad Cəfər oğlu 1974-cü ildə Tovuz rayon Ağbaşlar kəndində anadan olub. 1993-ci ildə Füzuli rayonu ərazisində itkin düşüb. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
azvision.az

10Sources