Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
***
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Teleqraf xəbər verir ki, onu Dövlət Təhlükəsizliyi Xidməti tutub.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Qeyd edək ki, M.Şəkiliyevin saxlanılması ilə bağlı ilk xəbəri "News24" saytı yayıb.