EN

“Fakt” qəzeti: “İran Ermənistanı Azərbaycana satıb”

“Son zamanlar İran Ermənistana münasibətdə Azərbaycan üçün çəkindirici rol oynamır”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər Ermənistanda nəşr olunan “Fakt” qəzetində dərc olunmuş məqalədəndir.

Nəşr yazır ki, bunun bariz nümaunəsi Azərbaycanın sərbəst davranışlarıdır. “Bunu İlham Əliyevin inamlı davranışı asanlıqla sübut edir”.

Erməni qəzeti yazır ki, İran Ermənistanı türklərə “satıb” və bunun müqabilində regional logistika alıb. “Lakin Rusiyada olduğu kimi, bu, sırf Ermənistanın İrana biganə münasibəti nəticəsində mümkün olub”.

“Fakt” qeyd edir ki, İran Ermənistandan Zəngəzur dəhlizi məsələsinin rerallaşmamasını istəyir. “Əgər İran indi dözsə və münaqişəni tez bir zamanda həll edə bilsə, o zaman yeni güclə bununla məşğul olacaq. Və yenə də bu, heç bir qonşusu üçün fikri maraq doğurmayan Ermənistandan yan keçməklə baş verəcək. Çünki bu gün regionda real gücün kim olduğunu hamı bilir”.

Nəşr sonda qeyd edib ki, Ermənistan hiyləgər siyasət işlətməlim idi. “Təbii ki, nəzəri cəhətdən Ermənistan İranla münasibətləri tamam başqa, daha ağıllı və hiyləgər şəkildə qurmağa borclu idi ki, onun vasitəsilə türklərə, ruslara, amerikalılara təzyiq göstərmək, Çin və Aİ ilə əlaqə yaratmaq mümkün olsun”.

Fərda Uğur

Chosen
12
tribunainfo.az

1Sources