Bakı, 20 iyun, AZƏRTAC
Özbəkistan ilə əməkdaşlığın perspektivli sahələrindən biri də enerji sektorudur.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda SOCAR Qaraqalpaq investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir.