EN

Paytaxtda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək

21-22 iyun tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dək rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Chosen
6
8
vergiler.az

10Sources