EN

Çinin Çjetszyan əyalətindən Azərbaycana yükdaşıma marşrutu açılıb

100 standart konteynerdən ibarət ilk yük qatarı Şərqi Çinin Çjetszyan əyalətindəki Tsinxua şəhərindən Türkmənbaşı limanına yola düşüb.

Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin məlumatına görə, konteynerlər daha sonra limandan Xəzər dənizi vasitəsilə Azərbaycanın Bakı limanına daşınacaq.

Qatar “Xorqos” keçid məntəqəsi vasitəsilə Çin-Qazaxıstan sərhədi, daha sonra Almatı, Daşkənd və Aşqabad kimi iri şəhərlərdən keçəcək. Yeni nəqliyyat marşrutu Aktau limanından Bakıyadək olan logistika xəttindəki yükü azaldacaq, Çin mallarının Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirəcək.

Chosen
32
8
vergiler.az

10Sources