“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”.
Bu sözləri İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İran onsuz da danışıqlar prosesində idi və hücumlar dayanmasa, heç bir tərəflə danışıq aparmayacaq: “Raket imkanlarımızı heç kimlə müzakirə etməyəcəyik. Onlar sırf müdafiə xarakteri daşıyır. Biz İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu axtaran avropalılara açığıq və Cenevrədəki hazırkı danışıqlarımız nüvə məsələsinə yönəlib”.