“Barselona” daha bir transfer edib.
Klubun mətbuat xidmətinin məlumatına görə, Kataloniya təmsilçisi “Espanyol”dan Xuan Qarsiyanı heyətinə qatıb. 24 yaşlı qolkiperlə 6 illik müqavilə imzalanıb.
Xuan İspaniya çempionatının son mövsümündə “Espanyol”un heyətində 38 oyun keçirib.