EN

"Zirə"nin futbolçusu: "Bu mərhələni keçə bilərik"

"Xorvatiya klubunun heyətində təcrübəli futbolçular var".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Eldar Quliyev deyib.

23 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk" komandasına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb:

"Çox yaxşı rəqibdir. Bizi maraqlı və gərgin iki matç gözləyir. Bu, futboldur. Şansların bərabər olduğunu düşünürəm".

Quliyev növbəti raunda vəsiqə qazanmaq ehtimalı barərə də danışıb: "Məncə, bu mərhələni keçə bilərik. Həmin qarşılaşmalara yaxşı hazırlaşmalıyıq. Hər iki görüşdə mütləq əlimizdən gələnin ən yaxşısını etməliyik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək.

İdman.biz

Chosen
14
idman.biz

1Sources