EN

Bəhruz Məhərrəmov: “Naxçıvana yolun açılması İrəvanın öhdəliyidir”

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan vətəndaşı öz ərazisindən öz ərazisinə hər hansı sərhəd nəzarəti olmadan, yaxud gömrük rüsumu ödəmədən keçməlidir. Bu mənada Ermənistanın Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinə sadəcə quru yol kimi baxması yolverilməzdir və Azərbaycan tərəfini qane edə bilməz”.

Bunu hafta.az-a deputat Bəhruz Məhərrəmov Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı deyib.

Deputat bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın anoloji bəyanatları birmənalı şəkildə sülh və sabitliyə, eləcə də qarşılıqlı etimad mühitinə zərbə vuran ucuz populizmdən başqa bir şey deyil. “Ermənistanda qanunverici hakimiyyətin rəhbəri olan Simonyan yaxşı olar ki, diqqətini mahiyyətini başa düşmədiyi yol və dəhliz anlayışına yox, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl kimi çıxış edən təcavüzkar xarakterli normativ aktların tənzimlənməsinə yönəltsin”—deputat qeyd edib.

B.Məhərrəmov eyni zamanda bildirib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirən kommunikasiya xətlərinin açılması kapitulyasiya aktı ilə Ermənistanın beynəlxalq öhdəliyidir. Təbii ki, qalib tərəf olaraq Naxçıvanla quru əlaqəsini təmin etmək Azərbaycanın qələbəsindən doğan reallıqdır. Eyni zamanda regionda sülh proseslərinin təşəbbüskarı olan Azərbaycan kommunikasiya xətlərinin açılmasına həm də dayanaqlı sülh və sabitlik üçün etimad mühitinin bərqərar olunması amili kimi də yanaşır.

Chosen
1
hafta.az

1Sources