EN

Vitse-qubernator evində ölü tapıldı

Rusiyanın Leninqrad vilayətinin Yukki kəndində vilayətin vitse-qubernatoru İqor Petrovun güllə yarası ilə meyiti tapılıb.

Bu barədə iyunun 19-da öz mənbələrinə istinadən RBC məlumat yayıb6 “Petrov Yukki kəndindəki evində ölü tapılıb. Regional administrasiyaya yaxın RBC mənbəsi bildirib ki, onun ölümünün əsas versiyası silahını təmizləyərkən təsadüfən açılan atəş nəticəsində ölməsidir”.

“78.ru” portalı “silah təmizləmə” versiyası haqqında da yazıb. İddialara görə, Petrovun cəsədinin tapıldığı evində oğurluq əlaməti olmayıb. 65 yaşlı vitse-qubernatorun ölümünü iyunun 19-da Leninqrad vilayəti administrasiyası təsdiqləyib və onun “qəfil öldüyünü” qeyd edib. Regional hökumət rəsmi olaraq ölümün səbəblərini açıqlamayıb.

“Moskva Tayms” yazır ki, Petrovun işi apreldə Çelyabinsk vilayətində yerli qanunverici Pavel İzbrext öləndə “oxşar hadisə ilə səsləşir”. Kütləvi informasiya vasitələri İzbrextin guya “təsadüfən” “Blaser” karabini ilə özünü vurduğunu yazmışdı. Lakin atıcılıq təlimatçılarından birinin İzbrextin istifadə etdiyi boltalı tüfənglə təsadüfən özünü vurmağın mümkün olmadığı da məlumdur.

//Samir Qurbanov, Editor.az

Chosen
5
editor.az

1Sources