EN

Peskov: Rusiya Cənubi G20 sammitində təmsil olunacaq

Kreml Cənubi Afrikada keçiriləcək G20 sammitində Rusiyanı kimin təmsil edəcəyini vaxtında açıqlayacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, Rusiya Federasiyasının tədbirdə fəal iştirak edəcəyinə əmin edib. Rusiya prezidentinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü deyib: “Biz bunu vaxtı gələndə elan edəcəyik. Amma istənilən halda Rusiya bu “iyirmilik”də təmsil olunacaq və fəal iştirak edəcək”.

İyunun 19-da Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev Rusiya Prezidenti Vladimir Putinin Yohannesburqda keçiriləcək G20 sammitinə dəvət alması barədə məlumat verib . O, Rusiyanın sammitdəki təmsilçiliyinin səviyyəsini daha sonra Vladimir Putinin müəyyən edəcəyini vurğulayıb. Son bir neçə ildə Rusiyanı tədbirdə xarici işlər naziri Sergey Lavrov təmsil edib.

Cənubi Afrika 2025-ci il noyabr ayının sonuna qədər G20-yə sədrlik edir. Ölkə noyabrın 22-23-də G20 Dövlət Başçılarının Sammitinə ev sahibliyi edəcək.

P.ƏMİRCANOV
XQ

Chosen
4
xalqqazeti.az

1Sources