“Roma” idman direktoru Gisolfi ilə yolları ayırıb.
İtaliya mətbuatının məlumatına görə, paytaxt klubu 2024-cü ilin may ayından “Roma”da işləyən fransalı mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.
İnsayder Canluka Di Martsionun yaydığı xəbərə görə, “Roma” Frederik Massaranı idman direktoru təyin etməyə yaxındı. Massara klubda 2011-19-cu illərdə bu postda çalışıb.