Azərbaycanda fəaliyyət göstərən klubun adı dəyişib.
Söhbət «Xankəndi»dən gedir.
Başa çatan mövsümdə Region Liqasının qalibi olan Qarabağın yeni təmsilçisi bundan sonra «Marafon» kimi çıxışını davam etdirəcək. 1
il öncə futbol səhnəsinə qədəm basmış «Xankəndi»nin başbilənləri artıq bununla bağlı rəsmi proseduru həyata keçirib.
Xankəndi şəhərinin eyniadlı komandası gələn «futbol ili»ndə II Liqanın iştirakçıları sırasında yer alacaq.
SPORTİNFO.AZ