EN

Dilarə Əliyeva qardaşının səhhətindən danışdı

"Qardaşımın səhhəti yaxşıdır. Hər zamankı Vüsaldır, deyir, gülür, danışır, yemək yeyir”.Metbuat.az xəbər verir ki, Teleqraf-a açıqlamasında bu sözləri Əməkdar artist Dilarə Əliyeva qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, aktyorun xəstəliyinin dinamikasını izləmək üçün reanimasiyada saxlanılır.“Yüksək təzyiqlə bağlı kiçik qansızma olub, amma Allaha şükür, səhhəti ümumən yaxşılaşır. Aparatlarla müşahidə altında saxlanılır deyə hələlik reanimasiyada qalır”, - D.Əliyeva bildirib.

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev ötən gün xəstəxanaya yerləşdirilib.

Chosen
12
metbuat.az

1Sources