Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, Ərdoğan bildirib ki, İranla bağlı nüvə mübahisəsinin həlli danışıqlardan keçir və İsrailin İrana hücumu ilə başlayan gərginlik regional təhlükəsizlik üçün ciddi təhdidlər yaradıb.
O, həmçinin qeyd edib ki, İsrailin hücumlarının yaratdığı zorakılıq spiralı regionda və Avropada miqrasiya böhranı və mümkün nüvə sızması kimi ağır nəticələrə səbəb ola bilər.
Ərdoğan əlavə edib ki, Türkiyə İran-İsrail münaqişəsinin dayandırılması üçün səylərini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31