EN

Qvineyanın Azərbaycandakı səfiri: Sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var

Azərbaycanda sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Qvineya Respublikasının Azərbaycandakı Ankarada iqamət edən fövqəladə və səlahiyyətli səfiri Umar Kande deyib.

"Çünki o dövrlə müqayisədə hazırda Azərbaycanda o qədər də çox tələbəmiz yoxdur. Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən cənab Əliyev təhsil mübadiləsi çərçivəsində Qvineyadan Azərbaycana gəlib təhsil alacaq tələbələrə dərhal iki təqaüd proqramı ayrıldığını bildirdi. Dövlət başçısı mənə tövsiyə etdi ki, Azərbaycanın iqdisadiyyat, maliyyə, müdafiə, təhsil nazirləri ilə görüşüm. Bu nazirlərlə ölkələrimiz arasındakı əlaqələrin daha yüksək səviyyəyə çatdırmaqla əlaqədar müzakirələrimiz oldu. Bu istiqamətdə mədəniyyət və kənd təsərrüfatı sahəsindəki əlaqələri də gözardı etmirik", - o vurğulayıb.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz!

Chosen
48
report.az

1Sources