EN

Azərbaycan biznes nümayəndə heyəti Dağıstana səfərə dəvət edilib

Dağıstan başçısı Sergey Melikov bu ilin payızında Azərbaycan biznes nümayəndə heyətini respublikaya səfərə dəvət edib.

“Report” xəbər verir ki, bu barədə Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin respublika başçısı Sergey Melikovla görüşünün nəticələrinə dair verdiyi açıqlamada deyib.

Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib.

"Dağıstan başçısı Sergey Melikov Azərbaycan biznes icmasının nümayəndələrini mümkün əməkdaşlığın bütün istiqamətləri ilə tanış olmaq üçün bu ilin payızında regiona səfərə dəvət edib. İlk növbədə, bu, iqtisadiyyat və turizm istiqamətləridir", - o bildirib.

Baş nazir qeyd edib ki, görüş zamanı S.Melikov Azərbaycan və Dağıstan arasında münasibətlərin konkretləşdirilməsinə diqqət çəkib.

Gülnar Mahmudova

Chosen
14
2
report.az

3Sources