Vətəninfo.az xəbər verir ki, İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları və partlayıcı maddələr daşıyan üç yük maşını aşkarlayıblar.
Rəsmi məlumata görə, İran və İraqın hüquq-mühafizə orqanları koordinasiyalı tədbirlər həyata keçirib və nəticədə İraq tərəfi yuxarıda qeyd olunan yükləri daşıyan avtomobilləri aşkar edərək İran ərazisinə daxil olmasının qarşısını alıb. Partlayıcı maddələr və PUA-lar ələ keçirilib. İraq tərəfi bu xəbəri şərh etməyib. Yalnız məlumdur ki, İran tərəfi əmin edir ki, aşkarlanan və ələ keçirilən tipli PUA-lar İsrailin Mossad xüsusi xidməti tərəfindən İran ərazisinə hücumlar həyata keçirmək üçün istifadə olunur.