EN

“Napoli” uruqvaylıya görə “Liverpul”a 43 milyon təklif edib

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Napoli" Darvin Nuneslə bağlı "Liverpul"la danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Alfredo Pedulla sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 25 yaşlı uruqvaylının transferi üçün 50 milyon avro xərcləməyə hazırdır. Neapollular artıq qarşı tərəfə 43 milyon avro təklif edib. İtaliya klubu uruqvaylının keçidini ən qısa zamanda yekunlaşdırmaq istəyir.

Qeyd edək ki, Nunes 2024/25 mövsümündə meydana çıxdığı 47 oyunda, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
sport24.az

1Sources