EN

BMT: Münaqişələrdə uşaqlara qarşı zorakılıq görünməmiş həddə çatır

Birləşmiş Millətlər Təşkilatı (BMT) silahlı münaqişələrdə uşaqlara qarşı zorakılığın 2024-cü ildə görünməmiş həddə çatdığını və ciddi pozuntuların sayında 2023-cü illə müqayisədə 25 faiz artım olduğunu qeyd edib.

Editor.az xəbər verir ki, bu barədə Dünya təşkilatının Uşaq və Silahlı Münaqişə hesabatında qeyd olunub.

Sənəddə qeyd olunur ki, BMT ümumilikdə 41 370 ciddi pozuntunu təsdiqləyib, onlardan 36 221-i 2024-cü ildə, 5 149-u isə bundan əvvəl baş verib, lakin 2024-cü ildə təsdiqlənib.

2023-cü ildə BMT təxminən 32 990 ciddi pozuntunu təsdiqləyib və onlardan 2 285-i əvvəlki illərdə baş verib, lakin 2023-cü ildə təsdiqlənib.

2024-cü ildə ən yüksək pozuntu nisbətləri İsrail və Fələstin ərazilərində, xüsusilə Qəzza, Konqo Demokratik Respublikası, Somali, Nigeriya və Haitidə qeydə alınıb.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
12
editor.az

1Sources