EN

Fransanın baş naziri “Rafale” qırıcı təyyarəsində ilişib qalıb

Oxumeni.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransanın baş naziri “Rafale” qırıcı təyyarəsində ilişib qalıb

Fransanın baş naziri Fransua Bayru Paris Aviasiya Sərgisində “Rafale” qırıcısının kabinəsində ilişib qalıb. Videonu “Entrevue” jurnalı dərc edib.

Videoda baş nazirin təkbaşına təyyarədən çıxmaq üçün bir neçə dəfə cəhd etdiyi, lakin buna nail olmadığı görünür. Pilot ona qırıcını tərk etməyə kömək edir. Nəşr hadisənin ajiotaj və xeyli gülüş doğurduğunu bildirir.

“Rafale F5” qırıcı təyyarəsi ilk dəfə nümayiş etdirilib. Qeyd olunur ki, onun təqdimatı 2025-ci ilin əsas hadisəsi olmalı idi, lakin başqa səbəbdən ajiotaj yaradıb. Təyyarənin 2033-cü ildə xidmətə girəcəyi gözlənilir.

Mayın 26-da media Fransa prezidenti Emmanuel Makronun prezident təyyarəsinin qapısı açılan zaman həyat yoldaşı Bricit tərəfindən sillələnməsini əks etdirən video yayıb. Daha sonra Yelisey Sarayı videonun həqiqiliyini təsdiqləyib. Makron özü arvadının silləsini zarafat adlandırıb və hamını sakitləşməyə çağırıb.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
oxumeni.az

2Sources