EN

Rusiya "barmaq silkələdi": "Xamneyinin öldürülməsi..." - "O zaman həqiqətən "Pandoranın qutusu"nu açacaqlar"

"İranda rejim dəyişikliyi və buna məcburiyyət qəbuledilməzdir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Putinin köməkçisi Dmitri Peskov deyib.

O, son günlər İsrail və ABŞ tərəfindən İrannali dini liderinə sui-qəsd təhdidlərinə isə "barmaq silkələyib": "İran lideri Xamneyinin öldürülməsi “Pandoranın qutusu"nu açacaq. Xamneyiyə sui-qəsdi qətiyyətən qəbuul edə bilmərik. Buna Rusiyanın reaksiyası çox pisdir. Bu və rejim dəyişikliyi düşüncəsi ağlasığmazdır. Bu, qəbuledilməzdir, hətta bu barədə danışmaq hamı üçün qəbuledilməz olmalıdır0. Baxın, əgər Xamneyi öldürülərsə, bu, İran daxilində ekstremist əhval-ruhiyyə yaradacaq. O zaman həqiqətən "Pandoranın qutusu"nu açacaqlar".

Firudin Səfərli
MİA.AZ

Chosen
7
mia.az

1Sources