ABŞ və Almaniya tərəfindən orduya dəstək üçün avadanlıq və ləvazimatlarla dolu 14 yeni hərbi yük təyyarəsi İsrailə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, təyyarələr İsrailin iyunun 13-də İrana hücumları başlayandan bəri istifadə etdiyi hava və dəniz avadanlıqlarının bir hissəsi olaraq göndərilib.
Həmçinin avadanlıqların ordunun əməliyyat hazırlığına dəstək məqsədi daşıdığı və bunun 7 oktyabr 2023-cü il tarixində Qəzzada müharibənin başlamasından bu yana İsrailə gələn 800-dən çox hərbi yük təyyarəsinin davamı olduğu vurğulanıb.