EN

Tramp İranın “ikinci Liviyaya” çevrilməsindən qorxur

ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır.

Adalet.az xəbər verir ki, bu  barədə "The New York Post" (NYP) mənbələrə istinadən yazır.

Nəşrin mənbələrinin məlumatına görə, Tramp 2011-ci ildə Liviyada baş verən hadisələri İran-İsrail münaqişəsinin inkişafı üçün arzuolunmaz ssenari kimi dəfələrlə qeyd edib. Mənbələrdən biri qeyd edib ki, prezident ABŞ-nin hərbi müdaxiləsinin ölkədə sabitliyin pozulmasına və rejim dəyişikliyinə səbəb olduğu vəziyyətin təkrarlanmasını istəmir.

Bundan əlavə, Tramp, nəşrə görə, hərbi əməliyyatların Amerika qüvvələrinin uzun müddət mövcudluğu və daxili böhranlarla nəticələndiyi İraq və Əfqanıstan nümunələrini xatırladıb.

Chosen
10
4
adalet.az

6Sources