EN

"Tərəzinin bir tərəfinə 1 səhvi qoyanda,..."

"Cahid doktora qarşı qara piar kampaniyası aparılır, ümumiyyətlə məşhur, peşəkar və uğurlu plastik cərrahlara qarşı da son zamanlar neqativ yazılar görürəm" . 

Ucnoqta.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Müğənni bildirir ki, bu mövzuya biganə qala bilmədim:

"Cahid doktordan nə suyum, nə çörəyim keçmir. Heç bu statusu da siz göndərməsəniz xəbəri olmayacaq, görməyəcək bəlkə də. 

Cahid doktoru ilk dəfə Ans-də “Qadın Saatı” verlişimdə qonaq olarkən tanımışam və elə o vaxtdan da savadına, peşəkarlığına hörmət bəsləmişəm. Anamın, mənim, övladımın həkimidir. İndiyə kimi yüzlərlə insana təmənnasız əməliyyat edib, şahidəm. 

Əgər bir və ya bir neçə uğursuz işi olubsa minlərlə insana uğurlu əməliyyat, müalicə, düzgün diaqnoz qoyulubsa, bir həkimə qarşı belə bir qara piarın aparılması doğru deyil. 

Mənim şəxsən tanıdığım çox savadlı, peşəkar həkimlər var ki (plastik cərrahlar), onlar sertifikasiyadan guya ki keçə bilmədilər. Bu çox şübhəli və müəmmalı məsələdir. Səbəbi bir gün bizə aydın olar yəqin ki, amma hər deyilənə və yazılana inanmayın. 

Həkim də insandır və mükəmməl deyil. Mütləq ki səhvləri olur. Amma tərəzinin bir tərəfinə 1 səhvi qoyanda, o biri tərəfində minlərlə uğurlu işlərini də görün".

Chosen
11
1
ucnoqta.az

2Sources