EN

Daha bir ölkə səfirliyini İrandan Azərbaycana köçürür

Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Azərbaycana köçürmək qərarını verib.

Milli.Az xəbər verir ki, bu haqda Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.

İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub. Açıqlamada vurğulanıb ki, İranı təhlükəsiz şəkildə tərk edə biləcək bütün avstraliyalılar bunu mümkün qədər tez etməlidirlər.

Xatırladaq ki, Macaristan və Bolqarıstan ölkələri də İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyini Azərbaycana köçürüb.

Milli.Az

Chosen
6
milli.az

1Sources