EN

İsrail İranın 4 bölgəsini bombalayıb - Üç hərbçi ölüb

İsrail İranın Şərqi Azərbaycan vilayətində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə SEPAH-ın üç hərbçisi həyatın itirib, yaralılar var.

İran mediası yazır ki, İsrail gecə saatlarında Tehran, Geylan, Gülüstan və Şərqi Azərbaycan əyalətlərinə hücum edib: "Erkən saatlarında hava hücumundan müdafiə sisteminin işə salındığı Tehranın şərqində üç partlayış baş verib. Şərqi Azərbaycanın Bostan Abad bölgəsində hərbi hissəyə hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun 3 əsgəri həlak olub. Gülüstan əyalətinin Gürgan şəhərində hava hücumundan müdafiə sistemləri İsrail qırıcılarını uzaqlaşdırıb. Geylanın Rəşt şəhərindəki sənaye zonasına isə İsrail 4 zərbə endirib".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
26
1
mia.az

2Sources