EN

Messi cərimə zərbəsindən qol vurdu, komandası qələbə qazandı – Video


ABŞ-da keçirilən klublararası dünya çempionatının ikinci turunda Amerikanın “İnter Mayami”si Atlantada Portuqaliya “Portu”su ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, 8-ci dəqiqədə “Portu”nun ispaniyalı hücumçusu Samuel Agejova penaltidən hesabı açıb.
Venesuelalı yarımmüdafiəçi Telasko Seqoviya 47-ci dəqiqədə bərabərliyi bərpa edib. “İnter Mayami”nin qələbə qolunu 54-cü dəqiqədə dünya çempionu Argentina yığmasının hücumçusu Lionel Messi cərimə zərbəsindən vurub.
A qrupuna ikinci turda Misirin “Əl Əhli” komandasını 2:0 hesabı ilə məğlub edən Braziliyanın “Palmeyras”ı liderlik edir. Onlar “İnter Mayami” ilə eyni miqdarda (hərəyə 4 xal) xal toplayıblar.
Chosen
17
yeniavaz.com

1Sources