EN

MİOAS-ların partlayıcılarla istifadəsi orta-yüksək risk kimi qiymətləndirilir

MİOAS vasitəsilə həyata keçirilə biləcək hücumların nəticələri onların daşıma qabiliyyəti və məqsədindən asılı olaraq dəyişir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Ən təhlükəli ssenari – hava gəmisinin partladılması – yüksək nəticə riski daşıyır. Bu halda nəticələr ORTA-YÜKSƏK və YÜKSƏK kimi qiymətləndirilir. Yerüstü hədəflər üçün edilən hücumlar isə ORTA və ORTA-YÜKSƏK təsnifatına daxil edilir. Eyni zamanda, KPQ ilə ictimai zonalarda törədilə biləcək təxribatlar da nəzərə alınır. Bu cür hücumlar yalnız fiziki deyil, psixoloji və sosial təsirlər də doğurur. Xüsusilə yalan həyəcanlar və hava limanlarının fəaliyyətinin dayanması böyük iqtisadi zərərlərə səbəb ola bilər.

Chosen
12
heftelik.az

1Sources