EN

Köhnə təyyarələrdə risk nisbətən azdır

Köhnə nəsil hava gəmiləri yeni texnologiyaların yaratdığı bəzi zəifliklərdən uzaqdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu təyyarələrdə xarici sistemlərlə əlaqə imkanları məhduddur.

Fərdi, avtonom sistemlərdən istifadə edilir.

Yeni təyyarələrdə isə şəbəkə bağlantıları geniş yayılıb.

Simsiz yükləmələr və uzaqdan müdaxilə imkanları artıb.

Bu da onların kiberhücumlara qarşı daha həssas olmasına səbəb olur.

Yeni sistemlər üçün xüsusi müdafiə tədbirləri zəruri sayılır.

 

Chosen
17
heftelik.az

1Sources