EN

Hava limanlarında nəqliyyat vasitələri üzərində təhlükəsizlik tədbirləri

Hava limanlarının giriş-çıxış yollarında nəqliyyat vasitələri üzərində təhlükəsizlik tədbirləri gücləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası’nda əksini tapıb.

Nəqliyyat vasitələrinin aerovağzal binalarından ən azı 50 metr məsafədə dayanması təmin edilir.

Qoruyucu maneələr quraşdırılır və nəzarətsiz dayanan avtomobillər operativ şəkildə evakuasiya edilir.

Nəqliyyat vasitələrinin və onların dayanacaqlarının nəzarətsiz saxlanmasının qarşısı polis və təhlükəsizlik əməkdaşları tərəfindən alınır.

Giriş-çıxış məntəqələrində nəqliyyat vasitələrinə baxış prosedurları mütəmadi tətbiq olunur.

Bu tədbirlər hava limanlarının nəqliyyat infrastrukturu üzərində təhlükəsizliyi maksimum səviyyəyə çatdırmağa xidmət edir.

Chosen
19
heftelik.az

1Sources