İran İsrailin Ber Şeva şəhərində "Microsoft"un ofisinə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, raket İT şirkətinin baş qərargahının arxasına avtomobillərin olduğu dayanacaqa düşüb.
Qeyd edilib ki, səhər saatlarında İran tərəfi İsrailə doğru ən azı üç raket atıb. Onlardan bəziləri İT şirkətinin ofisinin yaxınlığında düşüb. Hadisə nəticəsində binanın şüşələri zədələnib, azı 6 avtomobil yanıb.