EN

Finlandiya Ottava müqaviləsindən çıxır, deputatlar "hə" dedi - "Rusiyadan təhlükə var"

Finlandiya piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxmağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Rusiyadan gözlənilən təhlükə göstərilib.

Finlandiyanın YLE xəbər agentliyi yazır ki, artıq ölkə parlamentində Ottava müqaviləsindən çıxmaq üçün səsvermə keçirilib: "175 millət vəkilinin iştirak etdiyi səsvermədə qərara 157 “hə” və 18 “xeyr” səsi verilib. İndi bu qərar prezident tərəfindən təsdiqlənməsini gözləyir. Təsdiqləndikdən sonra BMT və digər iştirakçı ölkələr məlumatlandırılacaq. Bununla da da ölkə 6 ay müddətinə bəlli sərhəd nöqtələrinə mina döşəmək hüququ qazanacaq".

Məlumatda iddia olunur ki, Rusiyanın ölkəyə hücumu gözlənilir: "Bu səbəbdən qərarın icrasını daha da sürətlənməsi vacib hal hal alıb...".

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ

Chosen
20
1
mia.az

2Sources