EN

KİV: Tramp Liviya ssenarisinin İranda təkrarlamasından qorxur

ABŞ prezidenti Donald Tramp ölkədə vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək, İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır...

Poliqon xəbər verir ki, bu barədə “The New York Post” (NYP) nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Tramp 2011-ci ildə Liviyada baş vermiş hadisələri İran-İsrail münaqişəsinin inkişafı üçün arzuolunmaz ssenari kimi dəfələrlə qeyd edib. Mənbələrdən biri qeyd edib ki, prezident ABŞ-nin hərbi müdaxiləsinin ölkədə sabitliyin pozulmasına və rejim dəyişikliyinə səbəb olduğu vəziyyətin təkrarlanmasını istəmir.

Bundan əlavə, Tramp, hərbi əməliyyatların Amerika qüvvələrinin uzun müddət mövcudluğu və daxili böhranlarla nəticələndiyi İraq və Əfqanıstan nümunələrini xatırladıb.

Poliqon.info 

Chosen
21
4
poliqon.info

5Sources