EN

Ermənistanın sabiq prezidenti milyarder Karapetyanın həbsinə münasibət bildirib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rusiyalı milyarder və “Tashir Group”un sahibi Samvel Karapetyanın həbsini milli biabırçılıq adlandırıb...

Poliqon xəbər verir ki, o, Facebook səhifəsində biznesmenlə bağlı vəziyyəti şərh edib.

"Samvel Karapetyanın başına gələnlər cib məhkəmə sisteminin növbəti biabırçı hərəkəti idi. İstər diasporda, istərsə də Ermənistanda fəaliyyəti göz qabağında olan iri sərmayəçi və xeyriyyəçinin Erməni Apostol Kilsəsini müdafiə etdiyi üçün heç bir əsas olmadan həbsxanaya atılması milli biabırçılıqdır", sabiq prezident yazıb.

Köçəryanın fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu respublikada hakimiyyətin dəyişdirilməsidir.

O hesab edir ki, əks halda Ermənistan tezliklə dövlətçiliyimiz üçün gözlənilməz nəticələrlə total diktaturaya doğru sürüşəcək.

İyunun 18-də İrəvan məhkəməsi Karapetyanı iki ay müddətinə həbs edib. O, Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunur.

Poliqon.info 

Chosen
10
poliqon.info

1Sources