EN

Paşinyan Rusiyaya meydan oxuyur ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan siyasətində partlayıcı gərginlik yaşanır

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri və xeyriyyəçi Samvel Karapetyanı “fırıldaqçı” və "dələduz" adlandırıb. Baş nazir Karapetyanın evində və iş yerində axtarışların aparılması ilə bağlı məlumatı şərh edərkən deyib ki, o, proseslərə müdaxilə etmək niyyətində olan "dələduza" müdaxilə edir. Qeyd edək ki, iyunun 17-də axşam Samvel Karapetyan Ermənistanda saxlanılıb. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Ermənistanda Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir. Bununla yanaşı, Paşinyan bildirib ki, Ermənistanın elektrik şəbəkəsinin milliləşdirilməsinin vaxtı çatıb. Onun sözlərinə görə, Rusiyanın nəzarətində olan “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinin vaxtı çatıb: "Bu, tez bir zamanda baş verəcək və mən aidiyyəti qurumların bütün əməkdaşlarını öz vəzifələrini vicdanla yerinə yetirməyə çağırıram". Məlumat üçün bildirək ki, Rusiya Ermənistanda elektrik istehsalının 80 faizini və ölkənin elektrik paylama şəbəkəsini tam nəzarətdə saxlayır. Ümumiyyətlə, son günlərdə Rusiya-Ermənistan gərginliyi yenidən müşahidə olunur. Paşinyanın erməni kilsəsi ilə qarşıdurması fonunda revanşist qrupların, müxalifət dairələrinin də aktivliyi açıq hiss olunur. Ermənistan baş naziri Rusiyada ölkəsinə qarşı hibrid fəaliyyətlərin arxasında duran dairələrin olduğunu iddia edib. 

Politoloq Turab Rzayev deyib ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə həddindən artıq ciddiləşir və son fazaya qədəm qoyur. Ekspert vurğulayıb ki, Paşinyan və ona müxalif olanlar əllərindəki bütün vasitələrdən istifadə etməyə çalışırlar:

 "Nikol Paşinyan artıq Rusiyanın Ermənistandakı "sonuncu qalası" sayılan, Rusiya ilə yanaşı, Fransanın da dəstəklədiyi Erməni Kilsəsinə qarşı müharibə elan edib. Təsadüfi deyil ki, Kilsənin üç rəhbər şəxsinə qarşı birbaşa ittihamlar irəli sürür, hətta onlardan ikisinin istefasını tələb edir. Baş nazir II Qareginin kilsə qaydalarını pozduğunu deyir. Açıq təhqirlərdən belə çəkinmir. Bildirir ki, bu şəxslərin Eçmiədzində olması Kilsəni murdarlayır. Onların müqəddəslərə əl vurmamasını tələb edir. Yəni bu qədər dərinə gedir. Digər tərəfdən Rusiya da Paşinyana qarşı bütün mümkün vasitələrdən, rıçaqlarından istifadə edir. Bir yandan yeni erməni biznes layihəsi yetişdirir. Ruben Vardanyan layihəsi baş tutmadığı üçün əvəzinə başqa proyekt hazırlayır. Həmçinin, keçmiş Köçəryan-Sarkisyan qalıqlarını ayağa qaldırmağa çalışır". 

Həmsöhbətimiz əlavə edib ki, bununla yanaşı, parlamentdə Paşinyana qarşı impiçment proseduru başlayıb:

 "Ermənistanda hakimiyyət uğrunda mübarizə ölüm-dirim həddinə keçir. Əlbəttə, indiki şəraitdə 28 deputatın Paşinyanı devirməsi mümkün deyil, amma ən azından baş nazirə qarşı təzyiq proseduru başladır, meydanı genişləndirirlər. Bir növ Paşinyanı bütün tərəflərdən "divara dirəməyə" çalışırlar. Rusiya İranın başının qarışıq olduğunu bildiyi üçün Ermənistanı yenidən ələ keçirməyə cəhd edir. Yəni öz əvvəlki mövqeyini gücləndirməyə səy göstərir. Moskva erməniləri Paşinyan əleyhinə küçələrə tökərək meydan hərəkatı başlatmağa da çalışa bilər".  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
3
sherg.az

4Sources